وَ لَنَبْلُوَنَّکُمْ بِشَیْ‏ءٍ مِنَ الْخَوْفِ وَ الْجُوعِ وَ نَقْصٍ مِنَ الْأَمْوالِ وَ الْأَنْفُسِ وَ الثَّمَراتِ وَ بَشِّرِ الصَّابِرینَ

Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik.  (Ya Rəsulum) Səbir edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155

البتته، بیز سیزی بیر آز قورخو، بیر آز آجلیق، بیر آز دا مال، جان و محصول قیتلیغی ایله ایمتاحان ائدَریک. (یا رسولوم) صبیر ائدن شخصلره موژده وئر! (بقره سوره‌سی، 155)


Yalnız çətinliklər deyil, DÜNYA HƏYATIndakı nemətlər də Allah’ın imtahanıdır. Allah verdiyi hər nemətlə birlikdə insanın Ona şükür edib-etmədiyini də sınayır. Nemətlərlə bərabər, Allah insanın qarşısına həyatı boyunca qərar verməsi lazım olan bir çox hadisə çıxarır. Əlbəttə yaşadıqlarının imtahan olduğunun fərqində olan və Allah’ın razılığına görə qərar verən möminlər bu imtahandan keçməyi və Allah’ın Quranda bildirdiyi kimi Cənnət həyatı ilə mükafatlandırılmağı ümid edə bilirlər.

Dünyadakı imtahan mühitində möminlər vicdanlarının səsini dinləyib, Allah’ın onları sınaqdan keçirdiyini heç bir şəkildə unutmamalıdırlar. Səmimi ürəklə Allah’a yönələn  insan qarşısına hansı çətinlik çıxarsa çıxsın, mütləq asanlıqla qarşılaşacaq və Allah’ın izni ilə doğrunu tapacaq. Bu imtahan dünyasının ən böyük sirlərindən biri, iman edənlər üçün mütləq qazanc olacağıdır. Ən böyük qazanclardan biri isə iman edənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanətin, onların axirətdəki qarşılıqlarını və dərəcələrini artırmasıdır

یالنیز چَتینلیکلر دئییل، دونیا حَیاتینداکی نئعمتلر ده الله’ین ایمتاحانیدیر. الله وئردییی هر نئعمتله بیرلیکده اینسانین اونا شوکور ائدیب-ائتمه‌دییینی ده سیناییر. نئعمتلرله برابر، الله اینسانین قارشیسینا حَیاتی بویونجا قرار وئرمه‌سی لازیم اولان بیر چوخ حادیثه چیخاریر. البتته یاشادیقلارینین ایمتاحان اولدوغونون فرقینده اولان و الله’ین راضیلیغینا گؤره قرار وئرن مؤمینلر بو ایمتاحاندان کئچمه‌یی و الله’ین قوراندا بیلدیردییی کیمی جنّت حیاتی ایله موکافاتلاندیریلماغی اومید ائده بیلیرلر.

دونیاداکی ایمتاحان موحیطینده مؤمینلر ویجدانلارینین سَسینی دینله‌ییب، آللاه’ین اونلاری سیناقدان کئچیردییینی هئچ بیر شَکیلده اونوتمامالیدیرلار. صمیمی اورکله آللاه’ا یؤنَلَن اینسان قارشیسینا هانسی چَتینلیک چیخارسا چیخسین، موطلق آسانلیقلا قارشیلاشاجاق و آللاه’ین ایذنی ایله دوغرونو تاپاجاق. بو ایمتاحان دونیاسینین اَن بؤیوک سیرلریندن بیری، ایمان ائدنلر اوچون موطلق قازانج اولاجاغیدیر. ان بؤیوک قازانجلاردان بیری ایسه ایمان ائدنلرین بو سیناقلار قارشیسیندا گؤستَردیکلری گؤزل اخلاق، جَسارت و مَتانتین، اونلارین آخیرتده‌کی قارشیلیقلارینی و درجه‌لرینی آرتیرماسیدیر.


 قایناق(منبع): QAYNAQ: http://www.birayebiraciqlama.com/nisa-suresi-19.html

1393/11/23