الَّذِینَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِکْرِ اللّهِ أَلاَ بِذِکْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

O kəslər ki, Allah’a iman gətirmiş və qəlbləri Allah’ı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allah’ı zikr etməklə aram tapar! (Rad surəsi, 28

او کسلر کی، آللاه’ا ایمان گتیرمیش و قلبلری آللاه’ی ذیکر ائتمکله آرام تاپمیشدیر. بیلین کی، قلبلر یالنیز آللاه’ی ذیکر ائتمکله آرام تاپار! (راد (رعد) سوره‌سی، 28)


Dünyada yaşayan bütün insanlar əsl xoşbəxtliyin yollarını axtarırlar. Hər birinin xoşbəxt olmaq üçün bir hədəfi var. Ancaq iman etməyən insanlar bu məqsədlərinə çatdıqlarında da axtardıqları xoşbəxtliyi ya tapa bilməz, ya da bunun çox qısa və keçici olduğunu görərlər. Belə ki, yönəldikləri hər hədəfdə eyni nəticə ilə qarşılaşırlar. Ən xoşbəxt olduğunu düşünən insanın belə içini sıxan, düşünməkdən qaçdığı, ona narahatlıq verən saysız-hesabsız mövzu var. Çünki bir insanın həqiqi mənada dinclik  və rahatlığa qovuşması, həqiqi mənada xoşbəxtliyi, sevinci yaşaması ancaq Rəbbimizin razı olacağı şəkildə yaşaması ilə mümkün olur. Sonsuz rəhmət sahibi olan Allah əsl həqiqəti bu ayədə bildirmişdir.

Quranın sirrindən xəbərsiz olan bəzi insanlar hər yolu sınadıqları zaman xoşbəxt ola bilməmələrinin, həyatın dəyişməyən bir gerçəyi olduğuna inanırlar. Halbuki, Allah hər çətinliyi həlli ilə birlikdə yaratmış və insana hər dövrdə ehtiyacı olan hər cür məlumatı haqq kitabları ilə göndərmişdir.Bu səbəbdən bədbəxtliyin həllidə Quranda insanlara xəbər verilmişdir. İnsanlar ancaq gözəl əxlaqı yaşadıqları, Allah’ın rəhmətini və qorumasını qavradıqları təqdirdə DÜNYA HƏYATInın hər anından zövq alabilirlər.Ancaq o zaman ətraflarındakı gözəllikləri lazımı kimi təqdir edib, xoşbəxt olmağı bacara bilirlər.

Unudulmamalıdır ki, əsl xoşbəxtlik üçün insanların ürəklərini Allah’a tam təslimiyyətlə bağlamaları və həyatlarının hər anını QURAN ƏXLAQIna uyğun şəkildə yaşamaları lazımdır.Belə bir əxlaq yaşandıq da, DÜNYA HƏYATInda hansı çətinliklə qarşılaşdıqlarından asılı olmayaraq, iman sahibi bir insana bu şərtlərdə də ürəyində Allah’a güvənmənin, Onun razılığını ümid etmənin rahatlığını, daxili sevincini və xoşbəxtliyini  yaşaya biləcəkdir.


دونیادا یاشایان بوتون اینسانلار اصل خوشبختلییین یوللارینی آختاریرلار. هر بیرینین خوشبخت اولماق اوچون بیر حدفی وار. آنجاق ایمان ائتمه‌ین اینسانلار بو مقصدلرینه چاتدیقلاریندا دا آختاردیقلاری خوشبختلییی یا تاپا بیلمز، یا دا بونون چوخ قیسا و کئچیجی اولدوغونو گؤررلر. بئله کی، یؤنَلدیکلری هر حدفده عئینی نتیجه ایله قارشیلاشیرلار. ان خوشبخت اولدوغونو دوشونن اینسانین بئله ایچینی سیخان، دوشونمکدن قاچدیغی، اونا ناراحاتلیق وئرن سایسیز-حئسابسیز مؤوزو وار. چونکی بیر اینسانین حقیقی معنادا دینجلیک و راحاتلیغا قوووشماسی، حقیقی معنادا خوشبختلییی، سئوینجی یاشاماسی آنجاق رببیمیزین راضی اولاجاغی شَکیلده یاشاماسی ایله مومکون اولور. سونسوز رحمت صاحیبی اولان آللاه اصل حقیقتی بو آیه‌ده بیلدیرمیشدیر.

قورانین سیرریندن خبرسیز اولان بعضی اینسانلار هر یولو سینادیقلاری زامان خوشبخت اولا بیلممه‌لرینین، حَیاتین دَییشمه‌یَن بیر گئرچه‌یی اولدوغونا اینانیرلار. حال‌بوکی، آللاه هر چتینلییی حللی ایله بیرلیکده یاراتمیش و اینسانا هر دؤورده ائحتییاجی اولان هر جور معلوماتی حاق کیتابلاری ایله گؤندرمیشدیر.بو سببدن بدبختلییین حللیده قوراندا اینسانلارا خبر وئریلمیشدیر. اینسانلار آنجاق گؤزل اخلاقی یاشادیقلاری، آللاه’ین رحمتینی و قوروماسینی قاورادیقلاری تقدیرده دونیا حَیاتینین هر آنیندان ذؤوق آلابیلیرلر.آنجاق او زامان اطرافلارینداکی گؤزللیکلری لازیمی کیمی تقدیر ائدیب، خوشبخت اولماغی باجارا بیلیرلر.

اونودولمامالیدیر کی، اصل خوشبختلیک اوچون اینسانلارین اورکلرینی آللاه’ا تام تسلیمیییَتله باغلامالاری و حَیاتلارینین هر آنینی قوران اخلاقینا اویغون شَکیلده یاشامالاری لازیمدیر.بئله بیر اخلاق یاشاندیق دا، دونیا حیاتیندا هانسی چتینلیکله قارشیلاشدیقلاریندان آسیلی اولمایاراق، ایمان صاحیبی بیر اینسانا بو شرطلرده ده اورَیینده آللاه’ا گووَنمه‌نین، اونون راضیلیغینی اومید ائتمه‌نین راحاتلیغینی، داخیلی سئوینجینی و خوشبختلییینی یاشایا بیله‌جکدیر.


 قایناق(منبع): QAYNAQ: http://www.birayebiraciqlama.com/nisa-suresi-19.html

1393/11/24